Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı avrobond buraxmağa tələsmir

Azərbaycan Beynəlxalq Bankı avrobond buraxmağa tələsmir
# 24 iyun 2010 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) 2010-cu il ərzində avro istiqrazlarının emissiyasını həyata keçirməyi nəzərdə tutmur. «APA-Economics»in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib. Ümumilikdə isə ABB avrobondların buraxılması üçün hazırlıq işlərini davam etdirir.

C.Hacıyevin sözlərinə görə, bank tərəfindən avro istiqrazların buraxılması gələn il baş tuta bilər. C.Hacıyev bankın avrobond emissiyasının dövlətdən sonra həyata keçirilməsini daha məqsədəuyğun hesab edir.

Xatırladaq ki, Maliyyə Nazirliyi də öz növbəsində dünya bazarlarındakı cari vəziyyəti nəzərə alaraq Azərbaycan hökuməti adından avro istiqrazlarının emissiyasını sürətləndirmək niyyətində deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR