Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının sədri Qətərin maliyyə və iqtisadiyyat nazirini qəbul edib

Azərbaycan Mərkəzi Bankının sədri Qətərin maliyyə və iqtisadiyyat nazirini qəbul edib
# 24 iyun 2010 14:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Bakıda səfərdə olan Qətərin maliyyə və iqtisadiyyat naziri Yusif Hüseyn Kamalın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Qətərin nümayəndə heyətinin rəhbəri Azərbaycanın maliyyə-bank sisteminin inkişafını yüksək qiymətləndirərək qeyd edib ki, dünyada iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına az təsir etməsi aparılan iqtisadi islahatların uğuru və ölkənin güclü maliyyə-iqtisadi potensiala malik olması ilə bağlıdır.

E.Rüstəmov Azərbaycanla Qətər arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduğunu vurğulayıb.

Görüşdə həmçinin ölkələr arasında qarşılıqlı iqtisadi əməkdaşlığın, o cümlədən hər iki ölkənin bank sektorları arasında əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR