Bank Of Baku

«NBC Bank» müştərilərə «CƏM» adlı yeni əmanət növünü təqdim edib

«NBC Bank» müştərilərə «CƏM» adlı yeni əmanət növünü təqdim edib
# 25 iyun 2010 07:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC müştərilərinin ehtiyacına uyğun olaraq yeni «CƏM» adlı əmanət növünü təqdim edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni əmanət məhsulu özündə bir neçə istiqaməti birləşdirir ki, bu da müştəriyə sərbəst müddət seçimini etmək, əlavə gəlir əldə etmək, lazım olan məbləği yığmaq və hətta səyahətə getmək imkanı yaradır.

«CƏM» əmanətinə vəsait yerləşdirmək üçün minimal məbləğin 100 manat (dollar və ya avro) olması kifayət edir. Əmanət mütəmadi olaraq artırılarsa müştəri əlavə 2% bonus əldə edir. Əmanətçi öz əmanətini bir aydan 15 ayadək yerləşdirə bilər. «CƏM» depozitinin əsas üstünlüklərindən biri də əmanətçinin qoyduğu əmanətin müddəti başa çatmadan götürməsi halında faizlərin əmanətin bankda qaldığı müddətə uyğun olaraq hesablanmasıdır.

«Bundan başqa, «CƏM» əmanətçiləri həmçinin kredit alma imkanı da əldə edir. Bank müştərilərini hərtərəfli düşünərək onlara 2010-cu ilin isti yay günlərini səyahətdə keçirmək imkanı yaradır. Belə ki, bu ilin sentyabr ayının 30-dək yerləşdirilən «CƏM» əmanəti sahibləri səyahət məqsədilə öz faizlərini əvvəlcədən almaq imkanına malikdir. Bank «CƏM» əmanətinin bütün sahiblərinə «Visa» plastik kartı və tibbi sığorta imkanını da hədiyyə edir», - deyə Bankdan bildirilib.

Xatırladaq ki, «NBC Bank» ASC 1992-ci ilin dekabrından «Ruzi» Komersiya Bankı adı ilə fəaliyyətə başlayıb. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 46,343 mln. manat, kredit portfeli 39,184 mln. manat, depozit portfeli 6,777 mln. manata, məcmu kapitalı 16,807 mln. manat, o cümlədən nizamnamə kapitalı 15,598 mln. manat təşkil edib. Bankın ölkə üzrə 7 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR