Bank Of Baku

«Paşa Bank» nizmnamə kapitalını artırıb

«Paşa Bank» nizmnamə kapitalını artırıb
# 25 iyun 2010 08:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC nizamnamə kapitalını 15% artıraraq 115,407 mln. manata çatdırıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, nizamnamə kapitalı bankın 2009-cu il ərzində əldə etdiyi mənfəət hesabına artırılıb. Bank artıq nizamnamə kapitalının artırılması ilə bağlı Azərbaycan Vergilər Nazirliyindən çıxarış da alıb.

Qeyd edək ki, nizamnamə kapitalının həcminə görə «Paşa Bank» ölkədə fəaliyyət göstərən banklar sırasında ikinci yeri tutur. Bankdan bildirib ki, nizamnamə kapitalının 2010-2011-ci illər ərzində əldə ediləcək mənfəət hesabına da artırılması nəzərdə tutulur.

Xatırladaq ki, ümumilikdə bank nizamnamə kapitalını 4 dəfə artırıb. Bank təsis edilərkən onun nizamnamə kapitalı 10 mln. manat olub və 2007-ci ilin sonunda bu rəqəm səhmdarların yatırımı hesabına 35 mln. manata, 2008-ci ildə 58 mln. manata, daha sonra isə 100 mln. manata çatdırılıb.

«Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 333,289 mln. manat, depozit portfeli 166,326 mln. manat, kredit portfeli 140,174 mln. manat, məcmu kapitalı 128,283 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR