Bank Of Baku

Bu gün Kanadada “Böyük 8-lik” ölkələrinin sammiti keçiriləcək

Bu gün Kanadada “Böyük 8-lik” ölkələrinin sammiti keçiriləcək
# 25 iyun 2010 08:30 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Kanadanın Xantsvill şəhərində “Böyük 8-lik” ölkələrinin sammiti keçiriləcək.

APA-Economics”in xəbərinə görə, iyunun 26-27-də isə Kanadanın Toronto şəhərində “Böyük 20-lik” ölkələrinin liderləri bir araya gələcək.

“Böyük 8-liyin” sammitində Kanada, Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya və İtaliya liderləri beynəlxalq təhlükəsizlik, iqtisadi böhran, iqlim dəyişiklikləri və s. kimi qlobal problemləri müzakirə edəcəklər.

“Böyük 20-liyin” sammiti çərçivəsində isə biznes-forum keçiriləcək. Kanadanın baş naziri Stiven Harperin sədrliyi ilə baş tutacaq tədbirdə hər ölkə iki biznesmenlə təmsil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR