Bank Of Baku

Naxçıvan MR-da dövlət büdcəsindən maliyyələşən təşkilatlarda audit keçiriləcək

Naxçıvan MR-da dövlət büdcəsindən maliyyələşən təşkilatlarda audit keçiriləcək
# 25 iyun 2010 09:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Hesablama Palatası Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda audit keçirəcək. Bu barədə «APA-Economics»ə Hesablama Palatasından məlumat verilib.

Məlumatda bildirilib ki, Palatanın kollegiyası tərəfindən Muxtar Respublikanın büdcəsinin «Mənzil və kommunal təsərrüfatı» xərcləri bölməsinin «Kommunal təsərrüfatı xərcləri» köməkçi bölməsi üzrə Naxçıvan şəhər Yaşıllaşdırma İdarəsinin saxlanmasına ayrılan vəsaitlərin, digər mənbələrdən daxilolmaların proqnozlaşdırılması və icrasına dair Audit Proqramı təsdiqlənib. Palata bununla yanaşı, «Ümumi dövlət xərcləri» bölməsinin «Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması» köməkçi bölməsi üzrə Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin saxlanmasına ayrılan vəsaitlərin, büdcədənkənar mənbələrdən daxilolmaların proqnozlaşdırılması və icrasına dair audit keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR