Bank Of Baku

ABŞ-ın maliyyə naziri: Dünya daha əvvəlki kimi ABŞ iqtisadiyyatına arxalana bilməz

ABŞ-ın maliyyə naziri: Dünya daha əvvəlki kimi ABŞ iqtisadiyyatına arxalana bilməz
# 25 iyun 2010 10:11 (UTC +04:00)
Bakı - APA-Economics. Dünya ictimaiyyəti daha əvvəlki kimi ABŞ iqtisadiyyatına arxalana bilməz. “APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, bu açıqlama ilə ABŞ-ın maliyyə naziri Timoti Qaytner çıxış edib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatının ABŞ-dan asılı olduğu vaxtlar artıq geridə qalıb: “Gələcək inkişaf üçün dünyanın digər aparıcı iqtisadiyyatlarının nüfuzu genişlənməli və inamlı artım qeydə alınmalıdır”.

T.Qaytner dünya iqtisadiyyatının artımı üçün səyləri gücləndirməyi və investorların milli iqtisadiyyatlara güvəninin artırılmasını təklif edib: “Avropa İttifaqı və ABŞ mövcud maliyyə problemləri ilə mübarizədə bir çox ümumi şeylərə malikdir. Onlar ayrı-ayrı yollarla və sürətlə hərəkət etsələr də, ümumi məqsədə doğru gedirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR