Bank Of Baku

Azərbaycanda sənaye mal ehtiyatları indeksi kəskin azalıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi kəskin azalıb
# 25 iyun 2010 13:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın sənaye istehsalında mal ehtiyatları indeksi 2010-cu ilin iyun ayının 1-nə mənfi 5,3% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks mayın 1-nə müsbət 19,8%-ə bərabər olub. Qeyd edək ki, həmin indeks aprelin 1-nə mənfi 3,3%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında olan hazır məhsul ehtiyatının ay ərzində artıb-azalması həcminin həmin ayın əvvəlinə olan ehtiyatın həcminə nisbəti kimi hesablanır və hazır məhsul ehtiyatının ay ərzində dinamikasını əks etdirir.

Qeyd edək ki, sənaye istehsalında mal ehtiyatları indeksinin azalması, hətta olun mənfi rəqəmlə ifadə olunması mal ehtiyatlarının azaldığını göstərir, bu da öz növbəsində makroiqtisadi baxımdan mənfi indikator kimi hesab olunur, çünki birmənalı olaraq son istehlakın artmasını əks etdirir.

Aydındır ki, indeksin azalması həmçinin istehsalın azalması göstəricisi kimi qəbul oluna bilər. Lakin, birincisi, dünya praktikasında istehsalatda mal ehtiyatları indeksi ilk növbədə son istehlakın dinamikasını əks etdirən göstərici kimi qəbul edilir, ikincisi isə, istehsalatda azalma baş verməyib. Belə ki, cari ilin mayında sənayə istehsalında 4,3%-lik artım müşahidə olunub.

Arayış üçün qeyd edək ki, Azərbaycanda 2010-cu il iyunun 1-nə sənaye müəssisələrinin anbarlarında 269,3 mln. manat həcmində hazır məhsul ehtiyatı olub ki, bu da əvvəlki ayın əvvəli ilə müqayisədə 15,1 mln. manat azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR