Bank Of Baku

«Kapital Bank» Prosesinq Mərkəzi plastik kartların emissiyası ilə bağlı sifarişlərin icrasına hazırlaşır

«Kapital Bank» Prosesinq Mərkəzi plastik kartların emissiyası ilə bağlı sifarişlərin icrasına hazırlaşır
# 25 iyun 2010 14:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanıda fəaliyyət göstərən bankların bəziləri plastik kartların emissiyası ilə bağlı artıq «Kapital Bank» Prosesinq Mərkəzinə müraciət edib. Bunu «APA-Economics»ə açıqlamasında bankın İnformasiya Texnologiyaları Departamentinin direktoru Əli Axundov bildirib.

Ə.Axundovun sözlərinə görə, bankların müraciət etməsinə baxmayaraq, Mərkəz tərəfindən bəzi sertifikasiyalar yekunlaşmalıdır: «Bundan sonra, həmin müraciətlərə baxıla bilər. Bankın sistemində bəzi modullar mövcud olub ki, həmin modullar hazırda İT Departamenti tərəfindən işlənib hazırlanır».

Ə.Axundov bildirib ki, Prosessinq Mərkəzinə ölkədə fəaliyyət göstərən banklardan üzv olanı yoxdur, mərkəz hazırda ancaq «Kapital Bank» üçün işləyir.

Qeyd edək ki, «Kapital Bank»ın yeni prosessinq sistemi mayın 5-də istifadəyə verilib. Həmin gün banka məxsus məlumatlar «Azericard» MMC-dən alınaraq sözügedən sistemə miqrasiya edilib. Müvafiq xidmətlərin göstərilməsi ilə bağlı bankın ötən il elan etdiyi tenderdə Rusiyanın «Kompas» şirkəti qalib gəlib və yeni prosesinq sistemi həmin təşkilat tərəfindən qurulub.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 492,318 mln. manat, depozit portfeli 325,897 mln. manat, kredit portfeli 268,274 mln. manat, məcmu kapitalı 67,192 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib. Bankın ölkə üzrə 89 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR