Bank Of Baku

Azərbaycanın maliyyə naziri iranlı və qətərli həmkarları ilə görüşüb

Azərbaycanın maliyyə naziri iranlı və qətərli həmkarları ilə görüşüb
# 25 iyun 2010 15:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan İranın maliyyə naziri Seyid Şəmsəddin Hüseyni və Qətər Dövlətinin maliyyə naziri Yusif Hüseyn Kamal ilə görüşüb. Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşlər çərçivəsində Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, qlobal iqtisadi və maliyyə böhranının milli iqtisadiyyata təsirlərinin azaldılması istiqamətində həyata keçirilən siyasət nəticəsində ölkə iqtisadiyyatının qeyd olunan iqtisadi sınaqdan uğurla çıxdığı qeyd olunub, həmçinin investisiya qoyuluşları və dövlət xərclərinin səmərəliliyinin artırılması, qarşılıqlı iqtisadi münasibətlərin qurulması və istiqamətlərinin müəyyən edilməsi barədə fikri mübadiləsi aparılıb.
Görüşlərdə Azərbaycanla İran və Qətər arasında maliyyə və bank sektorunda, sığorta və birja fəaliyyəti sahələrində qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf etdirilməsinin perspektivləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR