Bank Of Baku

İyunun 30-da sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün növbəti imtahan keçiriləcək

İyunun 30-da sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün növbəti imtahan keçiriləcək
# 26 iyun 2010 07:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İyunun 30-da Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün imtahan keçiriləcək.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki imtahanlarda iştirak etmiş, lakin keçməmiş və ya sənədləri nazirliyə tam olaraq təqdim olunmuş şəxslər də imtahanda iştirak üçün iyun ayının 29-dək Dövlət Sığorta Nəzarəti Xidməti ilə əlaqə saxlayaraq imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər.

Qeyd edək ki, sənədlərini nazirliyə tam şəkildə təqdim etməmiş şəxslər (agentlər üçün - VÖEN-in notarial qaydada təsdiq olunmuş surəti istisna olmaqla) imtahana buraxılmayacaqlar.

Xatırladaq ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinin tələbinə, həmçinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları»na uyğun olaraq keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR