Bank Of Baku

“Böyük 20-lik” ölkələrinin sammiti Yekun Bəyannamənin qəbulu ilə başa çatıb

“Böyük 20-lik” ölkələrinin sammiti Yekun Bəyannamənin qəbulu ilə başa çatıb
# 28 iyun 2010 10:04 (UTC +04:00)
Bakı - APA. “Böyük 20-lik” ölkələri liderlərinin Kanadada keçirilən sammiti başa çatıb. APA-nın xəbərinə görə, zirvə görüşü 10 səhifəlik Yekun Bəyannamənin və ona 20 səhifəlik üç Əlavənin qəbulu ilə yekunlaşıb.

Dünyanın aparıcı ölkələri liderlərinin Yekun Bəyannaməsində qeyd olunur ki, onların əsas prioriteti iqtisadiyyatın bərpasının təmin olunması və möhkəmləndirilməsi, inamlı, davamlı və balanslaşdırılmış iqtisadi artımın təməlinin qoyulması, mümkün risklərə qarşı dayanmaq üçün maliyyə sistemlərinin möhkəmləndirilməsidir.

Sənəddə himayəçiliyin aradan qaldırılmasına, eləcə də ticarət və investisiyaların təşviqinə çağırış da əksini tapıb.

Qeyd edək ki, “Böyük 20-lik” ölkələri liderlərinin növbəti sammiti bu ilin 11-12 noyabrında Seulda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR