Bank Of Baku

«Kapital Bank» yeni güzəşt kampaniyasına başlayıb

«Kapital Bank» yeni güzəşt kampaniyasına başlayıb
# 29 iyun 2010 07:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Ban» ASC «Xəzər Travel» şirkəti ilə birgə və Turizm Agentlikləri Assosiyasiyasının dəstəyi ilə yeni «Yay kampaniyası»na start verib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Yay Kampaniyası» çərçivəsində Türkiyənin istənilən istirahət zonasına səyahət üçün 20%, Yunanıstanın Krit adasına 5% və digər ölkələrə güzəştlə getmək mümkündür. Bu şərtlər yalnız «Kapital Bank»ın cari və yeni «VISA Electron», «VISA Classic», «VISA Gold», «VISA Platinum» və «VISA İnfinity» kartlarının sahiblərinə aiddir. Bundan başqa, səyahət zamanı pulsuz tibbi sığorta xidməti də göstərilir.

Kampaniyanın keçirildiyi müddət ərzində «Kapital Bank»dan «VISA» kartını sifariş edənlərə 50%-lik endirim edilir. «VISA» kartı ilə ən çox əməliyyat aparmış 11 müştəri müxtəlif hədiyyələrlə mükafatlandırılacaq. Şərtlərə görə, hər bir əməliyyatın minimum məbləği 20 manat (avro və ya dollar) olmalıdır.

Birinci yerin qalibinə Super Priz - 1 nəfər üçün 2000 manat dəyərində olan «İkinəfərlik səyahət vauçeri», 2-ci mükafat 1 nəfər qalibin kartına 1500 dollar həcmində pul köçürüləcək, 3-cü mükafat 1 nəfər qalibin kartına 1000 dollar, 4-cü mükafat 3 nəfər qalibin kartına 800 dollar, 5-ci mükafat isə 5 nəfər qalibin kartına 500 dollar köçürüləcək. Göstərilən məbləğlərdən müvafiq vergi tutulacaq.

Kampaniya iştirakçıları «SMS Banking» xidmətinə pulsuz qoşulmaq imkanı da qazanacaqlar.

Qeyd edək ki, Bankın «Yay Kampaniyası» bu ilin sentyabr ayının30-dək davam edəcək.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 89 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR