Bank Of Baku

Azərbaycan Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının Manamada keçirilən tədbirlərində iştirak edib

Azərbaycan Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının Manamada keçirilən tədbirlərində iştirak edib
# 29 iyun 2010 09:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economicsc. Azərbaycan Maliyyə Nazirliyi maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin sektor müdiri Zəka Mirzəyev Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının Manamada (Bəhreyn) keçirilən ümumdünya seminarı və komitə iclaslarında iştirak edib.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, beynəlxalq tədbirin birinci günü baş tutan ümumdünya seminarında Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının qarşısında duran və üzv ölkələrin tənzimləmə və nəzarət orqanları tərəfindən əhəmiyyət verilməsi vacib hesab olunan bir sıra məsələlər müzakirə edilib, müəyyən fikir mübadilələri aparılıb.

Bundan başqa, Maliyyə Qrupları üzrə nəzarət zamanı fəaliyyəti tənzimlənməyən hüquqi şəxslərlə rəftara dair təlimat, böhran idarəetməsi zamanı beynəlxalq əməkdaşlıq üzrə standart və digər bu kimi sənədlərin tətbiqi üzrə təqdimatlar nəzərdən keçirilib.

Seminarda 2011-ci ildə başa çatdırılması nəzərdə tutulan Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının əsas prinsiplərinin yenidən işlənməsi ilə əlaqədar ödəmə qabiliyyəti, kapital uyğunluğu, habelə korporativ idarəetmə standatlarında gözlənilən müəyyən dəyişikliklərin edilməsi barədə tədbir iştirakçılarına məlumat verilib.

Qeyd edək ki, Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının növbəti komitə iclasları cari ilin oktyabrında təşkilatın Dubayda (BƏƏ) keçirilməsi nəzərdə tutulan illik konfransı ilə eyni vaxta planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR