Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı pul siyasətini sərtləşdirə bilər

Azərbaycan Mərkəzi Bankı pul siyasətini sərtləşdirə bilər
# 29 iyun 2010 09:37 (UTC +04:00)
«APA-Economics»in hesablamalarına görə, bu, ilk növbədə cari ilin əvvəlindən proqnozlaşdırılan inflyasiyanın səviyyəsinə, pul təklifinə və məzənnə siyasətinə aiddir.

Belə ki, dövlət büdcəsi xətti ilə iqtisadiyyata əlavə olaraq 1 mlrd. manatdan artıq vəsaitin yönəldilməsi makroiqtisadi sabitliyə və ilin əvvəlində proqnozlaşdırılan makroiqtisadi göstəricilərə mənfi təsir etməməsi üçün müəyyən addımlar atılmalıdır. Xatırladaq ki, büdcə xərclərinin artırılan məbləğin əsas hissəsi ölkə daxilində xərclənəcək, yəni birbaşa olaraq iqtisadiyyata yönəldiləcək. Bu şəraitdə Mərkəzi Bank tərəfindən 2010-cu il üçün Pul Siyasətinin əsas istiqamətlərində əsas hədəf kimi əks olunmuş 3%-lik inflyasiya səviyyəsi qeyri-real görünür. Qeyd edək ki, cari ilin yanvar-may ayları üzrə inflyasiya səviyyəsi artıq 4,7%-ə çatıb ki, ilin sonuna kimi bunun yalnız artma ehtimalı var. Büdcə xərclərinin 1 mlrd. manat artırılması isə bu ehtimalları daha da gücləndirir.

Bundan əlavə, iqtisadiyyata yönəldilən əlavə vəsaitin valyuta bazarına da təzyiqi olacaq. Bu səbəbdən Mərkəzi Bank tərəfindən həyata keçirilən pul siyasətində cari il üçün nəzərdə tutulmuş müəyyən yumşaldıcı addımlar, böyük ehtimalla, təxirə salınacaq. İlk növbədə bu, məzənnə siyasətinə aiddir. Xatırladaq ki, 2010-cu il üçün nəzərdə tutulan Pul Siyasətinin əsas istiqamətlərində tədricən sərbəst məzənnə rejiminə keçidin təmin edilməsi əks olunurdu, lakin dövlət xərclərinin artırılması nəticəsində pul kütləsinin genişlənməsi şəraitində bu, məqsədəuyğun görünmür. Əksinə olaraq, Mərkəzi Bank tərəfindən sterilizasiya praktikasının tədricən gücləndirilməsini gözləmək olar. Qeyd edək ki, Mərkəzi Bankın not bazarı vasitəsi ilə bu artıq baş verməyə başlayıb.

Ümumilikdə, dünya bazarlarında neftin bahalaşması şəraitində Azərbaycanın dövlət gəlir və xərclərini artırması bir mənalı olaraq məqsədəuyğun hesab edilməlidir, lakin iqtisadiyyata əlavə pul axının makroiqtisadi sabitliyə mənfi təsirinin qarşısının alınması məqsədilə Mərkəzi Bank tərəfindən pul siyasətinin sərtləşdirilməsi gözləniləndir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR