Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının sədr müavini Avtandil Babayev: «Dövlət büdcəsində sosial ipoteka üçün vəsaitin artırılması yaxşı olardı»

Azərbaycan Mərkəzi Bankının sədr müavini Avtandil Babayev: «Dövlət büdcəsində sosial ipoteka üçün vəsaitin artırılması yaxşı olardı»
# 29 iyun 2010 10:17 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədr müavini Avtandil Babayev bildirib.

A.Babayevin sözlərinə görə, sosial ipoteka layihələrinin maliyyələşdirilməsində bu gün heç bir problem yoxdur.

«Bu mexanizmin dayanıqlı olmasını, sosial təbəqələri daha geniş əhatə etməsi üçün dövlət büdcəsindən dəstəyin davam etdirilməsinə dair niyyətimizi ifadə etmişik. Xüsusilə də qlobal maliyyə böhranının təsiri şəraitində dövlət büdcəsindən dəstək davam etməli və imkan daxilində vəsaitin artırılması yaxşı olardı», - deyə AMB rəsmisi vurğulayıb.

A.Babayev hələ ki, sosial ipotekanın şərtlərində hansısa dəyişikliklərin nəzərdə tutulmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR