Bank Of Baku

«Zamin Bank» nizamnamə kapitalını artırır

«Zamin Bank» nizamnamə kapitalını artırır
# 29 iyun 2010 10:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Zamin Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 12 637 ədəd, emissiyanın ümumi həcmi isə 2 527 400 manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Zamin Bank» yaxın vaxtlarda səhmlərin yerləşdirilməsinə başlayacaq. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 19,2% artaraq 15,722 mln. manata çatacaq.

Qeyd edək ki, «Zamin Bank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Cari ilin aprel ayının 1-nə bankın aktivləri 189,685 mln. manat, depozit portfeli 34,942 mln. manat, kredit portfeli 126,007 mln. manat, məcmu kapitalı 19,803 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,195 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR