Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı: Əmanətlərin banklardan geri çəkilməsi problemi yoxdur

Azərbaycan Mərkəzi Bankı: Əmanətlərin banklardan geri çəkilməsi problemi yoxdur
# 29 iyun 2010 10:35 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədr müavini Avtandil Babayev bildirib.

A.Babayev qeyd edib ki, hazırda Azərbaycanın bank sistemində yüksək likvidlik var, əmanət qoyuluşu sürətlə davam edir. AMB rəsmisinin sözlərinə görə, əmanətlərin geri çəkilməsi deyil, faizlərlə bağlı müəyyən yerdəyişmənin olması, biznesin aktivləşməsi ilə bağlı vəsaitin götürülüb biznesə yönəldilməsi və s. faktların müşahidə olunması mümkündür.

A.Babayev əlavə edib ki, ölkədəki banklar tərəfindən xarici kreditlərin qaytarılması razılaşdırılmış qrafiklər üzrə davam etdirilir: «Qaytarılma çox məqbuldur və bizim bununla bağlı narazılığımız yoxdur. Təbii ki, çətinliklər də var».

AMB rəsmisi bildirib ki, xaricdən yeni kreditlərin cəlb edilməsində ciddi problem yoxdur: «Ölkənin reytinqinin yüksəlməsi də Azərbaycanın bank sisteminə inamı artırıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR