Bank Of Baku

Dağlıq Qarabağda pulköçürmə əməliyyatları həyata keçirən ödəniş sistemlərinin Azərbaycanda fəaliyyəti dayandırılacaq

Dağlıq Qarabağda pulköçürmə əməliyyatları həyata keçirən ödəniş sistemlərinin Azərbaycanda fəaliyyəti dayandırılacaq
# 29 iyun 2010 10:41 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədr müavini Avtandil Babayev bildirib.

A.Babayevin sözlərinə görə, belə hallar əvvəllər də olub. Lakin Azərbaycan Mərkəzi Bankı bu məsələyə dərhal reaksiya verərək, hökumətin nəzarətindən kənarda qalmış Dağlıq Qarabağla pulköçürmə əməliyyatları quran şirkətlərə qarşı cəza tədbirləri görüb: «Onlarla Azərbaycan banklarının əməkdaşlığının dayandırılması barədə qərarlar qəbul edirik. Bu da öz effekini verir. Həmin şirkətlər bundan çox narahatlıq keçirir».

A.Babayevin sözlərinə görə, iyun ayının əvvəlində AMB tərəfindən yerli kommersiya bankları ilə əməkdaşlığı dayandırılmış «Migom» və «Leader» pulköçürmə sistemləri səhvlərini düzəltməyə çalışır. Adıçəkilən şirkətlərin Azərbaycanla əlaqələrinin bərpa olunub-olunmayacağı barədə qərarın qəbul edilib-edilməyəcəyi isə onlar səhvlərini aradan qaldırandan sonra məlum olacaq.

Qeyd edək ki, AMB tərəfindən ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq pulköçürmə sistemlərinin monitorinqi zamanı Azərbaycanın işğal altında olan ərazilərində «Migom» və «Leader» sistemi vasitəsilə pul köçürmələrinin həyata keçirildiyi müəyyən edilib. Xəbərdarlığa baxmayaraq, işğal olunmuş ərazilərə pul köçürmələrini dayandırmadığına görə Azərbaycanda fəaliyyət göstərən bütün banklara iyunun 8-də «Migom», iyunun 11-də isə «Leader» sistemi ilə işgüzar münasibətlərin dayandırılması tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR