Bank Of Baku

«Bank of Baku» nizamnamə kapitalını artırır

«Bank of Baku» nizamnamə kapitalını artırır
# 29 iyun 2010 12:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Bank of Baku» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 3,78 manat, sayı 3,4 mln. ədəd, emissiyanın ümumi həcmi isə 12,852 mln. manat təşkil edir. Emissiya «Bank of Baku»nun bundan əvvəl qeydiyyata alınmış (hər birinin nominal dəyəri 2 manat olan 3,4 mln. ədəd – 6,8 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində bankın nizamnamə kapitalı 89% artaraq 12,852 mln. manata çatacaq.

Qeyd edək ki, «Bank of Baku» SKB 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin aprel ayının 1-nə bankın aktivləri 194,586 mln. manat, depozit portfeli 102,052 mln. manat, kredit portfeli 138,314 mln. manat, məcmu kapitalı 36,497 mln. manat, nizamnamə kapitalı isə 6,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR