Bank Of Baku

Çin və Tayvan arasında tarixi ticarət razılaşması imzalanıb

Çin və Tayvan arasında tarixi ticarət razılaşması imzalanıb
# 29 iyun 2010 15:25 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, imzalanma mərasimi Çinin cənubundakı Sıçuan əyalətinin Çuntsin şəhərində baş tutub.

Sazişin şərtlərinə əsasən, Tayvandan Çinə ixrac olunan bir neçə yüz məhsula tətbiq olunan vergi və rüsumlar ləğv olunub. Bu addımın iki ölkə arasında ticarət əlaqələrinin inkişafına təkan verəcəyi ehtimal olunur. Hazırda Çin və Tayvan arasında ticarət dövriyyəsinin həcmi 110 mlrd. dollar təşkil edir.

Ekspertlərin fikrincə, ticarət razılaşması Çindən çox Tayvanın maraqlarına uyğundur. Belə ki, Tayvandan Çinə ixracatın həcmi 80 mlrd. dollar, Çindən Tayvana ixracatın həcmi isə 30 mlrd. dollar təşkil edir. Bu sənədi imzalamaqla Çin daha çox siyasi maraqlarının təmin olunacağını və Tayvanın Çinə inteqrasiyasının güclənəcəyini düşünür.

Qeyd edək ki, Tayvan 1949-cu ildə Çində vətəndaş müharibəsinin başa çatmasından sonra öz müstəqilliyini elan edib. Çin hələ də Tayvanı öz ərazisi, Tayvan hökumətini isə qiyamçı hesab edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR