Bank Of Baku

«VTB Bank Azerbaijan»ın veb-saytı istifadəyə verilib

«VTB Bank Azerbaijan»ın veb-saytı istifadəyə verilib
# 29 iyun 2010 15:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «VTB Group»una daxil olan «VTB Bank Azerbaijan» ASC-nin rəsmi veb-saytı (www.vtb.az) istifadəyə verilib.

Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sayt «VTB Group» İnformasiya Şəbəkəsinin Vahid Sistemi (İŞVS) bazası əsasında hazırlanıb.

Üç dildə (Azərbaycan, rus və ingilis) hazırlanan saytda «VTB Group»la bağlı məlumatlar, həmçinin «VTB Bank Azerbaijan»ın fəaliyyəti, maliyyə hesabatları haqqında məlumatlar yerləşdirlib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən «VTB Bank Azerbaijan» ASC-yə bank lisenziyası 2009-cu il martın 19-da verilib. Bankın səhmdarları sırasında «VTB Bank» ASC-nin payı 51%, «AtaHolding» Şirkətlər Qrupunun payı 48,99%, fiziki şəxslərin payı isə 0,01% təşkil edir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 31,208 mln. manat, depozit portfeli 4,279 mln. manat, kredit portfeli 7,780 mln. manat, məcmu kapitalı 23,994 mln. manat, o cümlədən nizamnamə kapitalı 23,815 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR