Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının xalis beynəlxalq ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının xalis beynəlxalq ehtiyatları artıb
# 30 iyun 2010 07:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) xalis beynəlxalq ehtiyatlarının həcmi 2010-cu ilin iyun ayının 1-nə 4 603,7 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 469,1 mln. manat və ya 11,4% çoxdur. AMB-dən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən beynəlxalq ehtiyatlar 346,4 mln. manat və ya 8,1% artıb.

Qeyd edək ki, xalis beynəlxalq aktivlər xarici aktivlərin və xarici öhdəliklərin fərqinə bərabərdir. Beləliklə, Mərkəzi Bankın xaricdə yerləşdirilmiş vəsaitlərinin həcmi xarici partnyorlara qarşı olan öhdəlikləri dəfələrlə üstələyir.

Mərkəzi Bankın xalis beynəlxalq ehtiyatlarının maksimal həcmi 2009-cu ilin yanvarın 1-də müşahidə olunub və 5 115,3 mln. manata bərabər olub. Bundan sonra bu göstəricinin tədricən azalması baş verib və yalnız ötən ilin sonuncu rübündə yenidən artım tendensiyası yaranıb. Bu il ərzində isə Mərkəzi Bankın xalis beynəlxalq ehtiyatları üzrə dəyişkən dinamika müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR