51 şəhərin adının yer aldığı cədvəlin ilk pilləsində Anqolanın paytaxtı Luanda qərarlaşıb. Sonrakı yerləri Yaponiyanın paytaxtı Tokio, Çadın paytaxtı Ndjamena və Rusiyanın paytaxtı Moskva gəlir. İlk beşliyi İsveçrənin Cenevrə şəhəri tamamlayır.
İlk onluğa daxil olmağı bacaran şəhərlər isə Osaka (Yaponiya), Librevil (Qabon), Sürix (İsveçrə), Honq Konq (Honq Konq) və Kopenhagen (Danimarka) olub.
Bakı siyahıda 36-cı yerdə qərarlaşıb. Azərbaycan paytaxtının cədvəldəki qonşuları Hollandiyanın Amsterdam və Slovakiyanın Bratislava şəhərləridir. Qardaş Türkiyənin İstanbul şəhəri isə 44-cü yerdədir.
Qeyd edək ki, reytinq cədvəli tərtib olunarkən 200-dən artıq məhsul və xidmətlərin dəyəri, o cümlədən mənzil kirayəsi, ərzaq və benzinin qiyməti nəzərə alınıb. Etalon olaraq ABŞ-ın ən bahalı şəhəri olan Nyu-York götürülür. Bu il Nyu-York 8-ci yerdən 27-ci yerə düşüb. 2006-2009-cu illərdə dünyanın ən bahalı şəhəri olan Moskva isə 4-cü yerlə kifayətlənməli olub.
Reytinq 2010 | Şəhər | Ölkə |
1 | LUANDA | ANQOLA |
2 | TOKİO | YAPONİYA |
3 | NDJAMENA | ÇAD |
4 | MOSKVA | RUSİYA |
5 | CENEVRƏ | İSVEÇRƏ |
6 | OSAKA | YAPONİYA |
7 | LiBREVİL | QABON |
8 | SÜRİX | İSVEÇRƏ |
9 | HONQ KONQ | HONQ KONQ |
10 | KOPENHAGEN | DANİMARKA |
11 | SİNQAPUR | SİNQAPUR |
12 | OSLO | NORVEÇ |
13 | VİKTORİYA | SEYŞEL |
14 | SEUL | CƏNUBİ KOREYA |
15 | MİLAN | İTALİYA |
16 | BEİJİNQ | ÇİN |
17 | LONDON | BÖYÜK BRİTANİYA |
18 | PARİS | FRANSA |
19 | TƏL-ƏVİV | İSRAİL |
20 | NAQOYA | YAPONİYA |
21 | SAN PAULO | BRAZİLİYA |
22 | BERN | İSVEÇRƏ |
23 | NİAMEY | NİGERİYA |
24 | SİDNEY | AVSTRALİYA |
25 | ŞANXAY | ÇİN |
26 | ROMA | İTALİYA |
27 | NYU-YORK | ABŞ |
28 | VYANA | AVSTRİYA |
29 | RİO DE JANEYRO | BRAZİLİYA |
30 | SANKT-PETERBURQ | RUSİYA |
31 | HELSİNKİ | FİNLANDİYA |
32 | DAKAR | SENEQAL |
33 | BANQUY | MƏRKƏZİ AFRİKA RESPUBLİKASI |
34 | MELBURN | AVSTRALİYA |
35 | AMSTERDAM | HOLLANDİYA |
36 | BAKI | AZƏRBAYCAN |
37 | BRATİSLAVA | SLOVAKİYA |
38 | QUANQÇJOU | ÇİN |
39 | NOUMEA | YENİ KALEDONİYA |
40 | AFİNA | YUNANISTAN |
41 | DUALA | KAMERUN |
42 | ŞENJEN | ÇİN |
43 | DUBLİN | İRLANDİYA |
44 | İSTANBUL | TÜRKİYƏ |
45 | ABİDJAN | FİL DİŞİ SAHİLİ |
46 | HAVANA | KUBA |
47 | PRAQA | ÇEXİYA |
48 | BRAZZAVİL | KONQO |
49 | BARSELONA | İSPANİYA |
50 | FRANKFURT | ALMANİYA |
51 | ƏBU DABİ | BƏƏ |