Bank Of Baku

Azərbaycan və Suriya 9 hökumətlərarası saziş imzalamağa hazırlaşır

Azərbaycan və Suriya 9 hökumətlərarası saziş imzalamağa hazırlaşır
# 30 iyun 2010 09:01 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, sənədi Azərbaycan tərəfdən komissiyanın həmsədri, kənd təsərrüfatı naziri İsmət Abasov, Suriya tərəfdən isə komissiyanın həmsədri, bu ölkənin neft və mineral ehtiyatlar naziri Sufian əl-Alao imzalayıb.

İmzalanma mərasimindən öncə çıxış edən İ.Abasov komissiyanın işinin uğurla yekunlaşdığını və iki günlük iclasda ölkələr arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğunu qeyd edib.

Sufian əl-Alao isə Azərbaycana səfər çərçivəsində bir sıra hökumət strukturlarında görüşlər keçirdiklərini də bildirib. Səfər zamanı Azərbaycanın iqtisadi inkişaf naziri, ARDNŞ prezidenti və dövlət başçısı ilə görüşdüklərini deyən nazir görüşlərdə konkret sahələr üzrə əməkdaşlığın perspektivləri müzakirə edildiyini vurğulayıb.

Görüşdə qeyd olunub ki, hökumətlərarası komissiyanın növbəti iclasının gələn il Dəməşqdə (Suriya) keçirilməsi qərara alınıb.

Ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının da əsas müzakirə mövzusu olduğunu qeyd edən İ.Abasov «Artıq 9 hökumətlərarası sənəd imzalanmağa hazırdır. Bunlar komissiyanın iclasının yekununa dair imzalanmış protokolda da əksini tapıb», - deyə vurğulayıb.

Suriyalı nazir isə qeyd edib ki, iqtisadi əməkdaşlığın gələcək istiqamətlərinə hər iki ölkədə istehsal olunan məhsulların sərgilərinin təşkil edilərək tanıdılması, iş adamları arasında görüşlərin təşkili, təcrübə mübadilələrinin aparılması və s. daxildir.

Həmsədrlər komissiyanın iclasında Bakı-Dəməşq birbaşa aviareysin təşkilinə dair məsələlərin də müzakirə olunduğunu qeyd ediblər. Belə bir reysin açılmasının hər iki tərəfin maraqlarına uyğun olduğunu deyən həmsədrlər yaxın vaxtlarda iki ölkə arasında təyyarə reyslərinin həyata keçiriləcəyinə ümid etdiklərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR