Bank Of Baku

Azərbaycanda bankların mənfəəti kəskin azalıb

Azərbaycanda bankların mənfəəti kəskin azalıb
# 30 iyun 2010 09:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2010-cu ilin yanvar-may aylarında əldə etdiyi vergi ödənilənədək mənfəətin həcmi 65,42 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin yanvar-may aylarının analoji göstəricisi ilə müqayisədə mənfəətin həcmi 74,03 mln. manat və ya 2,1 dəfə azalıb.

Yanvar-may aylarının yekunlarına görə, aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar (71,87 mln. manat) nəzərə alınmaqla, bankların cəmi mənfəətinin həcmi 137,29 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 44,43 mln. manat və ya 32,4% azdır. Qeyd edək ki, ötən ilin 5 ayı ilə müqayisədə aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar 1,7 dəfə artıb ki, bu da birbaşa olaraq bankların gəlirliyinə mənfi təsir edib.

Bundan əlavə, yekun mənfəətinin azalmasına səbəb kimi bankların qeyri-faiz əməliyyatlarında zərərin yaranmasını qeyd etmək olar. Belə ki, bankların faiz gəlirləri 424,93 mln. manat, faiz xərcləri 222,09 mln. manat təşkil etdiyi və nəticədə xalis faiz mənfəəti 202,84 mln. manat həcmində olduğu halda, bankların qeyri-faiz gəlirləri 107,58 mln. manat, qeyri-faiz xərcləri isə 172,77 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 65,19 mln. manatlıq zərər yaranıb. Beləliklə, banklar faiz əməliyyatlarından qazanılmış mənfəətin böyük hissəsini qeyri-faiz xərclərinin ödənilməsinə istifadə etmək məcburiyyətində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR