«Paşa Bank» ötən il ərzində xalis mənfəətini 50% artırıb
«APA-Economics»in məlumatına görə, tədbirdə bankın İdarə Heyətinin sədri Fərid Axundov bildirib ki, dünyada baş verən maliyyə böhranına baxmayaraq, böhranın Azərbaycana ciddi təsiri olmayıb. Bu müddət ərzində ölkənin iqtisadi inkişafı nəticəsində əldə edilən göstəricilər əhəmiyyətli dərəcədə artıb. Dövlətin, o cümləıdən Azərbaycan Mərkəzi Bankının apardığı siyasət nəticəsində inflyasiya səviyyəsi aşağı olub, banklardakı likvidlik artıb.
Tədbirdə daha sonra bankın Maliyyə menecmenti Departamentinin direktoru Şahin Məmmədov «Paşa Bank»ın 2009-cu ilin sonuna olan maliyyə göstəriciləri haqqında ətraflı məlumat verib. Ş.Məmmədovun sözlərinə görə, 2009-cu ilin sonuna bankın məcmu aktivləri 306,433 mln. manata çatıb ki, bu da 2008-ci ilin yeknu ilə müqayisədə 55% çoxdur. «Aktivlərin diversifikasiyasına istiqamətlənmiş strateji qərarın nəticəsi olaraq, bank müştərilərə göstərilən xidmətlərin balansının saxlanmasına nail olunub. Həmçinin, bu müddət ərzində bankın kredit portfeli 2,6 dəfə artaraq 122,080 mln. manata çatıb. Eyni zamanda, 2008-ci il ilə müqayisədə bankın xalis mənfəəti 2009-cu il ərzində 49% artaraq 16,059 mln. manata çatıb ki, bu da bankın kapitallaşmasını artırmağa imkan verib. Ötən ilin nəticələrinə görə, «Paşa Bank» Azərbaycanın beş ən mənfəətli bankları sırasına daxil olub».
Ş.Məmmədov qeyd edib ki, hesabat ilində bankın qeyri-faiz gəlirləri 2,3 dəfə artaraq 2,639 mln. manat təşkil etdiyi halda, faiz gəlirləri 24,384 mln. manat təşkil edib. Beynəlxalq maliyyə institutları ilə aparılmış danışıqlar nəticəsində bank korporativ müştərilərinə daha böyük miqdarda kommersiya xarakterli maliyyə xidmətləri göstərə bilib. Belə ki, bir il ərzində ticarətin maliyyələşdirilməsi portfeli təxminən 2,6 dəfə artaraq 25,614 mln. manatadək yüksəlib.
Bank bu müddət ərzində 126,570 mln. manat məcmu kapital ilə iri kommersiya banklarından biri kimi öz mövqeyini qoruyub saxlayıb.
«Ümumiyyətlə, 2009-cu il bank üçün beynəlxalq biznesə cəlb edilmiş korporativ müştərilərə bir çox sahələrdə xidmət göstərən və bankın mövqeyinin korporativ qurum kimi möhkәmlәnmәsinә yönələn birinci strateji mərhələnin başa çatması ili kimi əlamətdardır. Başa çatmış müddət ərzində bank, ölçülərindən asılı olmayaraq, şəffaf və sabit rəhbərliyi olan şirkət üçün güclü partnyor kimi bankçılıq bazarında öz yerini tutub», - deyə departament başçısı vurğulayıb.
Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 333,289 mln. manat, depozit portfeli 166,326 mln. manat, kredit portfeli 140,174 mln. manat, məcmu kapitalı 128,283 mln. manat təşkil edib.
Maliyyə
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
TuranBank gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib
Xəbər Lenti
AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib- YENİLƏNİB
Azərbaycan nefti ucuzlaşıb
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib - VİDEO
Elm və təhsil naziri Gəncədə “Son zəng” tədbirində iştirak edib - FOTO
İcraçı direktor: Azərbaycanda donorların sayı artır, qana olan tələbat ödənilir
Ötən gün 47 kiloqramdan artıq narkotik aşkarlanıb
Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb
Dünya bazarlarında neft 3%-dən çox ucuzlaşıb
Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
DÇ-26: ABŞ 4 qol vuraraq 3 xalı qazanıb
Bu gün Azərbaycanda “Son zəng”dir
ABŞ Hörmüzə doğru gedən bir neçə İran PUA-sını vurub
Müdafiə naziri: İsrail İrana qarşı hərəkət azadlığını qorumaq niyyətindədir
BƏƏ İranın 10 milyard dollarlıq aktivlərinin dondurulmasını ləğv etmək qərarına gəlib
Şəmkirdə qəzada ölən sürücünün kimliyi məlum olub - YENİLƏNİB
İsrail ordusu Qəzzada HAMAS-ın anbarlarına zərbə endirdiyini açıqlayıb
Britaniya Rusiya xam neftindən istehsal olunan dizel və kerosin idxalını qadağan edəcək
Katz: İsrail ordusu Livan, Suriya və Qəzzadakı bölgələrdən çəkilməyəcək
BVF Kiyevlə 690 milyon dollarlıq tranş üzrə ilkin razılığa gəlib
DÇ: Kanada və Bosniya qarşılaşması heç-heçə başa çatıb
KİV: ABŞ İranda zənginləşdirilmiş uranı ələ keçirmək üçün yerüstü əməliyyatı nəzərdən keçirib
Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
Zelenski rus dilinin Ukraynada qorunan dillər siyahısından çıxarılması ilə bağlı qanunu imzalayıb
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi keçirilib - VİDEO
Hakan Fidan Qətər və ABŞ nümayəndələri ilə sülh danışıqlarını müzakirə edib
Aİ-nin bütün ölkələri Ukrayna və Moldovanın ittifaqa qəbuluna dair danışıqlara başlanmasına razılıq verib
Azərbaycan vətəndaşlarının Suriyadan repatriasiyası həyata keçirilib
Fransanın bəzi media qurumları Azərbaycana qarşı qarayaxma kampaniyası aparır - AÇIQLAMA
Azərbaycan və Slovakiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
İran XİN: Hazırda anlaşma memorandumunu müzakirə etmək üçün müvafiq İran orqanları arasında görüş keçirilir
ABŞ rəsmisi: İranla müqavilədə Hörmüz boğazının açılması, sanksiyaların ləğvi nəzərdə tutulur
Tramp: İranla müqavilənin həftənin sonuna və ya bazar ertəsi günü imzalana biləcəyinə inanıram
Şahbaz Şərif: ABŞ və İran sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəlib
Tramp Əraqçinin İran və ABŞ-ın razılaşmanı yekunlaşdırmağa yaxın olduğuna dair mövqeyini bölüşür
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
DÇ-2026: ABŞ ilk matçına çıxır
Əraqçi: ABŞ-la razılaşma heç vaxt olmadığı qədər yekunlaşmağa yaxındır
Katz: İsrail Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarından çəkilməyəcək
Gədəbəyə diametri 11 mm olan dolu düşüb - FAKTİKİ HAVA
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin inkişafı üzrə İşçi Qrupu yaradılıb
Putin: Rusiya Ukraynaya qarşı cavab zərbələrini artıracaq
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib - VİDEO
İRİA: Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi imkanları genişləndirilib
Hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib
Rüfət Səfərova hökm oxunub