Bank Of Baku

Beynəlxalq Valyuta Fondunun rəhbəri: Böhranın ikinci dalğası olmayacaq

Beynəlxalq Valyuta Fondunun rəhbəri: Böhranın ikinci dalğası olmayacaq
# 30 iyun 2010 10:21 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Dominik Stross-Kan qlobal maliyyə böhranının ikinci dalğasını başlaya bilməsi ehtimalını istisna edib.

APA-Economics”in “France24” telekanalına istinadən xəbərinə görə, Dominik Stross-Kan dünya iqtisadiyyatının bərpa prosesinin növbəti böhransız davam edəcəyini bildirib.

Bununla belə, BVF rəhbəri müasir dünya iqtisadiyyatında çoxsaylı problemlərin olduğunu da etiraf edib. Problemlər sırasında o, dünyanın bir sıra ölkələrində büdcə kəsiri ilə bağlı vəziyyəti və sürətlə inkişaf edən Asiya bazarı iştirakçılarının çoxsaylı kreditlərini göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR