Bank Of Baku

Azərbaycanda nağd dolların alışı satışın həcmini kəskin üstələyir

Azərbaycanda nağd dolların alışı satışın həcmini kəskin üstələyir
# 30 iyun 2010 10:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən kommersiya banklarından alınan nağd dollar kütləsinin həcmi 2010-cu ilin yanvar-may aylarında 2 008 093 900 dollara bərabər olub ki, bu da 2009-cu ilin analoji dövrünün eyni göstəricisindən 32,2% azdır. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əhali tərəfindən banklar vasitəsi ilə nağd dolların satış həcmi isə yanvar-may aylarında 431 443 100 dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,8% azdır.

Xatırladaq ki, 2009-cu il ərzində əhali ümumilikdə 1 418 760 000 dollar həcmində satış, 5 807 164 200 dollar həcmində isə alış əməliyyatları həyata keçirib ki, bu göstəricilər də əvvəlki il ilə müqayisədə müvafiq olaraq 2,5% az və 16,9% çoxdur.

Göründüyü kimi, əhali nağd dolların alışına üstünlük verir. Belə ki, yanvar-may ayları ərzində alışın həcmi satışı 4,7 dəfə üstələyib. Bunun əsas səbəbi kimi nağd dolların Azərbaycanda yığım valyutası olmasını qeyd etmək lazımdır. Ümumiyyətlə, əhali sərəncamda olan manat vəsaitlərinin dollara konvertasiyasına üstünlük verir. Nəhayət, fərdi və ya işgüzar xarici səfərlərə gedənlər də əsasən dollar əldə edir. Bütün bu və digər, daha kiçik amillər nəticəsində əhali tərəfindən alınan nağd dolların həcmi satılan həcmdən bu qədər çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR