Bank Of Baku

«Paşa Bank» bu il sənədli əməliyyatlar portfelini xeyli genişləndirəcək

«Paşa Bank» bu il sənədli əməliyyatlar portfelini xeyli genişləndirəcək
# 30 iyun 2010 11:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC 2010-cu il ərzində sənədli əməliyyatlar portfelini 2 dəfə artıraraq 60 mln. manata çatdırmağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu bankın Beynəlxalq əlaqələr Departamentinin direktoru Vüqar Sadiq bildirib.

V.Sadiqin sözlərinə görə, bankın sənədli əməliyyatlar portfelinin əsas artımı idxal əməliyyatları ilə məşğul olan yerli şirkətlərin ticarətlə bağlı layihələrinin maliyyələşdirilməsinin payına düşəcək. «Burada əsasən kənd təsərrüfatı sahəsi və avadanlıqların idxalı ilə bağlı layihələr maliyyələşdiriləcək. Bu layihələrin maliyyələşdirilməsində əsas məqsədimiz idxalla məşğul olan şirkətlərə dəstək verməkdir. Ticarətlə bağlı layihələrin maliyyələşdirilməsi nəticəsində kiçik və orta sahibkarlıq subyektlərinin mövcud və potensial müştəriləri üçün yeni imkanlar yaranacaq», - deyə V.Sadiq bildirib.

Qeyd edək ki, «Paşa Bank» Azərbaycan bazarında, o cümlədən beynəlxalq maliyyə institutları və xarici banklarla ticarətin maliyyələşdirilməsi üzrə əməkdaşlıq çərçivəsində yeni müasir məhsulları və xidmətləri təqdim etmək niyyətindədir.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 333,289 mln. manat, depozit portfeli 166,326 mln. manat, kredit portfeli 140,174 mln. manat, məcmu kapitalı 128,283 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR