Aktivlərin strukturuna gəldikdə, müştərilərə verilən kreditlərin həcmi iyunun 1-nə 8 241,52 mln. manat (xüsusi çəkisi 68,44%), müxbir hesablar 849,01 mln. manat (7,05%), investisiyaların həcmi 874,95 mln. manat (7,27%), nağd vəsaitlər 438,44 mln. manat (3,64%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 523,70 mln. manat (4,35%), digər aktivlər isə 1 114,31 mln. manat (9,25%) təşkil edib.
Kommersiya banklarının məcmu passivlərinin 83%-i bank öhdəliklərinin payına düşüb. Belə ki, bank öhdəliklərinin ümumi həcmi 9 995,25 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 4 491,05 mln. manat depozitlər, 4 669,11 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 835,09 mln. manat digər öhdəliklərin payına düşür.
Bankların məcmu kapitalı 2010-cu ilin iyunun 1-nə 2 046,67 mln. manata bərabər olub.