Bank Of Baku

Azərbaycanda bank depozitləri son bir ildə 26% artıb

Azərbaycanda bank depozitləri son bir ildə 26% artıb
# 30 iyun 2010 13:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilmiş depozitlərin ümumi həcmi 2010-cu ilin iyun ayının 1-nə 4 679,9 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 975,1 mln. manat və ya 26,3% çoxdur. Eyni zamanda, cari ilin əvvəlindən bu göstərici 25,7 mln. manat və ya 0,6% artıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, depozitlərin tərkibində ev təsərrüfatlarının depozitləri (əmanətləri) 2 481,7 mln. manat, qeyri-maliyyə təşkilatlarının depozitləri isə 2 198,2 mln. manat təşkil edib. Beləliklə, depozitlərin strukturunda fiziki şəxslərin əmanətlərinin xüsusi çəkisi 53%-ə bərabərdir.

Qeyd edək ki, fiziki və hüquqi şəxslərin depozitləri üzrə artım templərində də əmanətlərin üstünlük təşkil etdiyi müşahidə olunur. Belə ki, qeyri-maliyyə təşkilatlarının depozitlərinin illik artım tempi 22,8% təşkil etdiyi halda, ev təsərrüfatları üzrə həmin göstərici 29,7%-ə bərabərdir. Eyni zamanda, cari ilin əvvəlindən qeyri-maliyyə təşkilatlarının depozitləri 5,2% azalıb, ev təsərrüfatlarının depozitləri isə 6,3% artıb. Hüquqi şəxslərin depozitlərində azalma tendensiyası ilk növbədə banklar tərəfindən artıq bir ildən çox müddət ərzində kreditləşmədə məhdudiyyətlərin tətbiqi və şərtlərin sərtləşdirilməsi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR