Bank Of Baku

Bu il «Paşa Bank»ın əsas maliyyə göstəriciləri üzrə kəskin artım gözlənilir

Bu il «Paşa Bank»ın əsas maliyyə göstəriciləri üzrə kəskin artım gözlənilir
# 01 iyul 2010 11:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin 2009-2011-ci il üçün hazırladığı strateji planda bankın aktivlərinin 2010-cu il ərzində 43% artaraq 440 mln. manata çatdırılması proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu bankın Maliyyə menecmenti Departamentinin direktoru Şahin Məmmədov bildirib.

Ş.Məmmədovun sözlərinə görə, plana uyğun olaraq, 2010-cu il ərzində bankın kredit portfelinin 64% artaraq 200 mln. manata, depozit portfelinin isə 60% artaraq 250 mln. manata çatdırılması gözlənilir. Bundan başqa, hesabat ilində bankın gəlirlərinin 46% artaraq 35 mln. manata, xalis mənfəətinin isə 15-20% artaraq 20 mln. manatdan artıq həddə çatdırılması planlaşdırılır.

Ş.Məmmədov 2011-ci ilin sonuna kimi bankın nizamnamə kapitalının 35 mln. manat və ya 30% artırılaraq 150 mln. manata çatdırılacağını bildirib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 333,289 mln. manat, depozit portfeli 166,326 mln. manat, kredit portfeli 140,174 mln. manat, məcmu kapitalı 128,283 mln. manat, o cümlədən nizamnamə kapitalı isə 100 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR