Bank Of Baku

Azərbaycanda pul kütləsinin artımı davam edir

Azərbaycanda pul kütləsinin artımı davam edir
# 01 iyul 2010 12:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2010-cu ilin iyun ayının 1-nə 8 929,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,1% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar-may aylarında pul kütləsinin həcmi 5,4% artıb. Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Pul kütləsinin M2 aqreqatı 2010-cu ilin yanvar-may ayları ərzində 4,6% artaraq 6 454 mln. manata çatıb:
(mln. man.)

 

01.06.2009

01.01.2010

01.06.2010

M0 (nağd pullar)

3 396,7

4 174,8

4 543,5

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

4 150,6

5 239,8

5 439,8

M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

4 811,2

6 169,2

6 454,0

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

 6 612,0

8 469,2

8 929,8


Beləliklə, pul kütləsinin bütün tərkib hissələri üzrə artım müşahidə olunub.

Qeyd edək ki, cari ilin iyun ayının 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 70,4% təşkil edib, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,2 faiz bəndi azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR