Bank Of Baku

«Paşa Bank» bu il 1 mln. manatdan artıq ipoteka krediti ayırıb

«Paşa Bank» bu il 1 mln. manatdan artıq ipoteka krediti ayırıb
# 01 iyul 2010 12:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin İpoteka Fondu xətti ilə verdiyi ipoteka kreditlərinin ümumi həcmi 1 mln. manat həddini ötüb. Bunu «APA-Economics»ə açıqlamasında bankın Maliyyə menecmenti Departamentinin direktoru Şahin Məmmədov bildirib.

Ş.Məmmədovun sözlərinə görə, vətəndaşlara verilən kreditlərin hamısı adi ipoteka kreditlərinin (illik 8%) payına düşüb, güzəştli ipotekanın (illik 4%) alınması ilə bağlı banka hələ müraciət edən olmayıb.

Ş.Məmmədov həmçinin qeyd edib ki, indiyədək Sahibkarlığa Kömək Milli Fondu xətti ilə sahibkarlara 12 mln. manat həcmində güzəştli kredit verilib. Bu il ərzində bu xətlə daha 3 mln. manatlıq kreditlərin verilməsi gözlənilir.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 333,289 mln. manat, depozit portfeli 166,326 mln. manat, kredit portfeli 140,174 mln. manat, məcmu kapitalı 128,283 mln. manat, o cümlədən nizamnamə kapitalı isə 100 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR