Bank Of Baku

Azərbaycanda nağd avro ilə əməliyyatların həcmi artıb

Azərbaycanda nağd avro ilə əməliyyatların həcmi artıb
# 01 iyul 2010 14:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən 2010-cu ilin yanvar-may ayları ərzində satılmış nağd avronun həcmi 29 528 400 avro, alış həcmi isə 414 539 900 avro təşkil edib. Azərbaycan Mərləzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə satışın həcmi 15,8%, alışın həcmi isə 43% artıb.

Beləliklə, yanvar-may aylarında əhalinin nağd avronun alışı satışı 14 dəfə üstələyib.

Qeyd edək ki, ötən il nağd avronun əhali tərəfindən alışının orta aylıq həcmi 61,456 mln. avro olduğu halda, cari ildə orta aylıq həcm 82,908 mln. avroya bərabərdir. Avronun satışı üzrə həmin göstəricilər müvafiq olaraq 5,305 mln. avro və 5,906 mln. avro təşkil edib.

May ayı üzrə statistika nağd avronun satışının kəskin artdığını göstərir. Belə ki, mayda əvvəlki ayla müqayisədə əhali nağd avronun satışını 2,9 dəfə artırıb, alışı isə 25,2% azaldıb. Bunun əsas səbəbi kimi nağd avronun kəskin ucuzlaşmasını qeyd etmək lazımdır. Belə ki, nağd avronun orta aylıq məzənnəsi apreldə 1,0791 manata bərabər olduğu halda, mayda bu göstərici 1,0117 manat təşkil edib. Əlavə olaraq avronun daha da ucuzlaşacağı proqnozlaşdırılırdı ki, bunun nəticəsində əhali sərəncamında olan nağd avronu satmaq qərarına gəlib. Həmin tendensiya alışın azalmasına da səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR