Bank Of Baku

«AGBank» yeni ödəniş sisteminə qoşulub

«AGBank» yeni ödəniş sisteminə qoşulub
# 01 iyul 2010 14:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» ASC respublikanın ilk onlayn ödəmə xidməti provayderi olan «GoldenPay» sisteminə qoşulub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bundan sonra müştərilərin internet ödəmələr sistemi çərçivəsində kommunal xidmətlər üzrə ödənişlər aparmaq, həmçinin «Azerfone-Vodafone», «Bakcell», «Nar Mobile» mobil telefon operatorlarında balans artırmaq, «Aztelekom» və BTRİB stasionar telefon operatorlarında onlayn-ödəmə, habelə internet və kabel televiziyası provayderləri olan şirkətlərin xidmətləri üzrə abunə haqqını ödəmək imkanı yaranacaq.

Ümumilikdə, bu sistem vasitəsilə 50-dən artıq şirkətə on-line ödəmə həyata keçirmək mümkündür. «GoldenPay» ödəniş sistemindən yararlanmaq üçün istənilən banka aid «Visa Elektron» və «MasterCard» kartları ilə ödəniş həyata keçirmək, mal və ya xidmət əldə etmək mümkündür.

Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 16 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR