Bank Of Baku

«Parabank» tender elan edib

«Parabank» tender elan edib
# 01 iyul 2010 14:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC rayon filiallarının internet kameralarla təchiz edilməsi üçün açıq tender elan edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, tenderin məqsədi filiallarda gedən iş prosesinin keyfiyyətini daha da artırmaqdır.

Tenderin şərtlərinə əsasən, hər bir filial 5 kamera ilə təchiz olunmalı, 3-qat «zoom»dan aşağı olmamalı, 30 gün ərzində lokal serverdə qeyd olunma, kameraların idarə edilməsi və qeyddən çıxardılan baxış üçün Software, UPS, Software daxil olmanının parol ilə məhdudlaşdırılması, filialın bütün kameralarının bir ekranda baxılma imkanının olması, təchizat və Software üçün minimum 1 il zəmanət verilməlidir.

Tender 2010-cu il avqustun 15-nə qədər elan edilir. Əlavə məlumat üçün «Parabank» ASC-yə müraciət etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR