Bank Of Baku

Azərbaycanda istehlak kreditləşməsi zəifləyir

Azərbaycanda istehlak kreditləşməsi zəifləyir
# 02 iyul 2010 08:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən ayrılan kreditlərin ümumi həcmi 2010-cu ilin iyun ayının 1-nə 8 733,5 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4% çoxdur. Eyni zamanda cari ilin əvvəlindən bu göstərici 3,9% artıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bankların kredit portfelində əsas hissəsi ev təsərrüfatlarına (istehlak kreditləri) verilən kreditlərin payına düşür. Eyni zamanda, bu pay tədricən azalmaqdadır. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin ümumi portfeldə xüsusi çəkisi ötən ilin iyunun 1-nə 35,6%-ə bərabər olduğu halda, cari ilin iyunun 1-nə 28,4%-ə enib. Eyni zamanda, istehlak kreditlərinin həcmi 9,6% artaraq 2 482,3%-ə çatıb. Göründüyü kimi, istehlak kreditləri üzrə artım tempi ümumi kredit portfelinin artım tempindən xeyli zəifdir. Bankların ümumi kredit portfelində ikinci mühüm yeri ticarət və xidmət sahəsinə verilən kreditlər tutur:




Qeyd edək ki, sahələr arasında illik dinamikada ən kəskin artım energetika, kimya və təbii ehtiyatlar sektorda müşahidə olunub. Belə ki, son bir ildə bu sahəyə verilən kreditlərin həcmi 4,5 dəfə artaraq 1,5 mlrd. manata, xüsusi çəkisi isə 3,3 dəfə artaraq 17,2%-ə çatıb.

İstehlak kreditləşməsinin payının azalması bank sektorunda müşahidə olunan tendensiyalara tam uyğundur. Belə ki, 2008-ci ilin son rübündə kəskinləşən qlobal maliyyə böhranının Azərbaycanın maliyyə sisteminə təsirlərindən biri kimi bankların istehlak kreditləşməsinə daha ehtiyatla yanaşmasını qeyd etmək olar. Bu yanaşma da əksər hallarda, yəni əksər banklarda istehlak kreditləşməsinin dayandırılması ilə nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR