Bank Of Baku

«Azər-Türk Bank» nizamnamə kapitalını artırır

«Azər-Türk Bank» nizamnamə kapitalını artırır
# 02 iyul 2010 08:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azər-Türk Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 manat, sayı 990 520 ədəd, emissiyanın ümumi həcmi isə 990 520 manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Azər-Türk Bank»ın səhmlərinin yerləşdirilməsinə artıq iyul ayında başlanılacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 9,9% artaraq 10 990 520 manata çatacaq.

Qeyd edək ki, «Azər-Türk Bank» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) çıxış edir. Cari ilin aprelin 1-nə bankın aktivlərinin həcmi 43,252 mln. manat, kredit portfeli 30,676 mln. manat, depozit portfeli 22,612 mln. manat, məcmu kapitalı 12,457 mln. manat, nizamnamə kapitalı isə 10 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR