Bank Of Baku

«ADB Broker» şirkətinə yeni lisenziya verilib

«ADB Broker» şirkətinə yeni lisenziya verilib
# 02 iyul 2010 10:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «ADB Broker» MMC-yə yeni lisenziya verib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, Komitə tərəfindən «ADB Broker» MMC-yə broker fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıq (lisenziya) verilib.

Qeyd edək ki, hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 14 diler fəaliyyəti və 4 qiymətli kağızların idarə edilməsi, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi lisenziyalar qüvvədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR