Bakı. Vahab Rzayev –
APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank kredit təşkilatları tərəfindən ayrılan kreditlərin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 2010-cu ilin iyun ayının 1-nə 383,6 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur. Azərbaycan Mərkəzi Bankından «
APA-Economics»ə verilən məlumata görə, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi son bir ildə 33% və ya 1,1 faiz bəndi artaraq 4,4%-ə çatıb.
Qeyd edək ki, son illər ərzində vaxtı keçmiş kreditlərin xüsusi çəkisində azalma, ötən ildən etibarən isə tədricən artım tendensiyası müşahidə olunub:
* Dövrün sonuna
Eyni zamanda qeyd edilməlidir ki, əksər ölkələrin bank sistemlərində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10% və daha yüksək səviyyədə olduğundan, Azərbaycanda müşahidə olunan artım ciddi problem kimi hesab olunmamalıdır.