Bank Of Baku

Azərbaycan əhalisi nağd funtla əməliyyatları azaldıb

Azərbaycan əhalisi nağd funtla əməliyyatları azaldıb
# 02 iyul 2010 15:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda əhali tərəfindən nağd İngiltərə funtun satış həcmi 2010-cu ilin yanvar-may aylarında 577 500 funt, alış həcmi isə 7 549 100 funt təşkil edib. Azərbaycan Mərləzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə satışın həcmi 24,1%, alışın həcmi isə 0,5% azalıb.

Beləliklə, yanvar-may aylarının yekunlarına görə, əhalinin nağd funt alışı satışın həcmini 13 dəfə üstələyib.

Qeyd edək ki, funtun satışının azalması Böyük Britaniyadan gətirilmiş valyutanın manata çevrilməsi üzrə əməliyyatların azaldığını göstərir. İngiltərə funtu ilə Azərbaycan daxilində hesablaşma və digər əməliyyatlar aparılmır və nağd funtla konvertasiya əməliyyatları yalnız səfərlərlə bağlı olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR