Bank Of Baku

«Kapital Bank» pensiya kart sahiblərinə yeni SMS İnfo xidmətini təqdim edib

«Kapital Bank» pensiya kart sahiblərinə yeni SMS İnfo xidmətini təqdim edib
# 03 iyul 2010 09:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC pensiya kart sahiblərinə yeni «SMS İnfo» xidmətini təqdim edib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmət bankomatların qarşısında növbədə durub pensiyanın karta daxil olmasını yoxlamaq ehtiyacını aradan götürür.
«SMS İnfo» xidmətinə qoşulma bankın müştəriləri üçün böyük rahatlıq yaradır. Belə ki, pensiya plastik kart hesabına daxil olduqda real vaxt rejimində SMS vasitəsilə müştərinin mobil relefonuna məlumat daxil olur. Buna əlavə olaraq, pensiya kart sahibləri kartın istifadə müddətinin sona çatmasına bir ay qalmış bu barədə məlumat alacaq və kartı vaxtında dəyişdirmək imkanını qazanacaqlar.
«SMS İnfo» xidmətinə qoşulmaq bankın «Call Center» mərkəzinə - 196 nömrəsinə zəng etməklə həyata keçirilir. «SMS İnfo» xidmətinə qoşulma və illik xidmət pulsuzdur, bir daxil olan SMS-ə görə komissiya haqqı 10 qəpik təşkil edir.
Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 89 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR