Bank Of Baku

Azərbaycanda həyata keçirilən «Maliyyə xidmətlərinin inkişafı» layihəsi başa çatıb

Azərbaycanda həyata keçirilən «Maliyyə xidmətlərinin inkişafı» layihəsi başa çatıb
# 05 iyul 2010 08:10 (UTC +04:00)
AMB-dən «APA-Economics»ə verilən məlumata görə, layihə çərçivəsində AMB tərəfindən «Maliyyə xidmətləri göstərməsi üçün milli poçt rabitəsi operatoruna lisenziya verilərək, bu fəaliyyətə dair prudensial tənzimləmə qaydaları» hazırlanıb, həmçinin «Azərpoçt» MMC-nin yeni nizamnaməsi qəbul edilib.

AMB tərəfindən «Azərpoçt» MMC ilə yanaşı, onun Bakı filialları və onların bəzi şöbələrinə də maliyyə xidmətlərinin göstərmələri üçün xüsusi icazələr verilib. Hazırda təşkilati-texniki baxımdan tələblərə cavab verən poçt filial və şöbələrinin mərhələli şəkildə lisenziyalaşdırılması prosesi həyata keçirilməkdədir.

Bundan başqa, layihənin icra olunduğu illər ərzində «Azərpoçt» MMC-nin bütün əməliyyat və xidmətlərinin avtomatlaşdırılmasını nəzərdə tutan Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin tətbiqi də uğurla həyata keçirilib.

Layihə çərçivəsində qoyulmuş məqsədlərə nail olunması istiqamətində əsaslı işlər görülüb. İlk növbədə «Azərpoçt» MMC-yə texniki yardım göstərmək məqsədilə beynəlxalq məsləhətçi şirkət cəlb edilib. İki ildən artıq müddət ərzində əməkdaşlıq nəticəsində beynəlxalq şirkətin məsləhətçiləri tərəfindən «Azərpoçt» MMC-də institusional quruculuğun həyata keçirilməsinə yardım göstərilib, mühasibat uçotu, büdcə, risklərin və likvidliyin idarə edilməsi, daxili audit, İT, İT təhlükəsizlik, poçt şöbələrinin yenidən qurulması və s. modullar üzrə məsləhət xidmətləri göstərilib.

Layihənin ən vacib sub-komponentlərindən biri «Azərpoçt» MMC-nin zəruri İT avadanlıqları ilə təchizatı olub. Bu məqsədlə ilk olaraq baş idarə tam avtomatlaşdırılıb, daha sonra Bakı şəhərində və digər rayonlarda yerləşən poçt filial və şöbələri üçün ən müasir parametrlərə malik olan kompüter avadanlıqları alınıb. Layihə çərçivəsində həmçinin «Azərpoçt» MMC-də struktur dəyişikliyi həyata keçirilib, ilk olaraq «Azərpoçt» MMC-nin aparatının, daha sonra poçt filiallarının və şöbələrinin strukturu yenidən qurulub.

Milli ödəniş sisteminin inkişafını dəstəkləyən layihədə «Azərpoçt» MMC-nin mövcud bazasından istifadə etməklə əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışı təmin edilərək, 1200 poçt şöbəsi vasitəsilə müştərilərə geniş həcmli xidmətlər təklif etmək imkanı yaradılıb.

Qeyd edək ki, “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə 2005-ci ilin oktyabr ayının 14-dən başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR