Bank Of Baku

Rusiya, Belarus və Qazaxıstanın Gömrük İttifaqı rəsmən qüvvəyə minib

Rusiya, Belarus və Qazaxıstanın Gömrük İttifaqı rəsmən qüvvəyə minib
# 05 iyul 2010 12:16 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya, Belarus və Qazaxıstan prezidentləri Dmitri Medvedev, Aleksandr Lukaşenko və Nursultan Nazarbayev üç ölkənin Gömrük İttifaqının qüvvəyə minməsi haqqında saziş imzalayıblar.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Astanada (Qazaxıstan) səfərdə olan Rusiya prezidenti açıqlama verib.

İttifaq sazişi üç ölkə arasında malların yerdəyişməsi zamanı radikal sadələşdirmə prosedurlarının həyata keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, Gömrük İttifaqının iyulun 1-dən qüvvəyə minməsi gözlənilirdi. Lakin Rusiya ilə Belarus arasında ötən ay baş verən “qaz müharibəsi” bunu bir neçə gün ləngidib. Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Gömrük İttifaqına dair sənədləri təsdiqləməsini yalnız iyulun 3-də elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR