Bank Of Baku

Cari ilin ilk yarısında Azərbaycanın xarici ticarət dövriyyəsində 6 mlrd. dollar müsbət saldo yaranıb

Cari ilin ilk yarısında Azərbaycanın xarici ticarət dövriyyəsində 6 mlrd. dollar müsbət saldo yaranıb
# 05 iyul 2010 13:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Avropa İttifaqının (Aİ) «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramı («GSP+») gələcək illərdə də Azərbaycanın ticarət dövriyyəsinə müsbət təsir göstərəcək. Bu barədə «APA-Economics»ə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın xarici ticarət dövriyyəsinin kəmiyyəti ilə paralel olaraq keyfiyyəti də artıb: «Cari ilin ilk yarısında Azərbaycanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 10,6 mlrd. ABŞ dolları təşkil edib ki, onun 8,2 mlrd. dolları ixrac, 2,4 mlrd. dolları isə idxal təşkil edib. Nəticədə 6 mlrd. dollara yaxın müsbət saldo yaranıb. Qeyri-neft məhsullarının ixracına gəldikdə isə hesabat dövrün bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə artıb».

Aİ ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafından danışan S.Vəliyev onu da bildirib ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 40%-i Aİ-nin payına düşür: «Ümumiyyətlə, Cənubi Qafqaz regionunda Aİ-nin ən böyük tərəfdaşı Azərbaycandır və hesab edirəm ki, «GSP+» gələcək illərdə də Azərbaycanın ticarət dövriyyəsinə müsbət təsir göstərəcək. Bizim əsas məqsədimiz qeyri-neft məhsullarının ixracını artırmaqdır».

Xatırladaq ki, 2009-cu ildə Azərbaycandan Aİ-yə 7,3 mlrd. avro məbləğində məhsul ixrac olunub. Aİ-dən isə Azərbaycana göndərilən məhsulların dəyəri 1,6 mlrd. avro təşkil edib.

Qeyd edək ki, «GSP+» layihənin əsas məqsədi Azərbaycanda qeyri-neft sektorunun inkişafına dəstək olmaq və ölkənin ixrac potensialını artırmaqdır. Bu proqram vasitəsilə Azərbaycan sahibkarları məhsullarını Avropa İttifaqı ölkələrinə aşağı faiz dərəcələri ilə, həmçinin 0% dərəcəsi ilə ixrac etmək imkanı əldə edə bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR