Bank Of Baku

«AFB Bank»ın Bakıda daha bir filialı istifadəyə verilib

«AFB Bank»ın Bakıda daha bir filialı istifadəyə verilib
# 05 iyul 2010 14:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AFB Bank» ASC-nin Bakıda daha bir filialı fəaliyyətə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filial Bakının Yasamal rayonu, İnşaatçılar prospekti, 42 ünvanında yerləşir.

Filialda müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma - kassa hesabı, cari hesabların açılması, kredit-depozit əməliyyatları, valyuta mübadiləsi və digər bank xidmətləri göstərilir.

Qeyd edək ki, hazırda bankın Bakıda 3 və regionda (Qəbələ) bir filialı fəaliyyət göstərir. «AFB Bank» Səhmdar Kommersiya Bankına (SKB) bank fəaliyyəti ilə bağlı lisenziya Azərbaycan Mərkəzi Bankı tərəfindən 2008-ci ilin noyabrın 30-da verilib. Bu ilin fevral ayından bank rəsmi fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR