Bank Of Baku

«Nikoil Leasing» şirkətinin lizinq portfeli 12% azalıb

«Nikoil Leasing» şirkətinin lizinq portfeli 12% azalıb
# 05 iyul 2010 14:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Rusiyanın «Uralsib Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Nikoil Leasing» şirkətinin lizinq portfeli 2010-cu il iyul ayının 1-nə 4,889 mln. manat olub ki, bu da cari ilin əvvəlinə olan göstərici ilə müqayisədə 11,7% azdır.

Şirkətin baş direktor müavini Musa Turabovun «APA-Economics»ə verdiyi məlumata görə, cari ilin əvvəli müqayisədə şirkətin lizinq müqavilələrinin sayı 9% artaraq 12-yə çatıb. Bu müddət ərzində nizamnamə kapitalının həcmi isə sabit qalaraq 100 min manat təşkil edib.

Həmçinin lizinqə verilən avadanlıqların dəyəri (7,996 mln. manat) və iqtisadiyyata yatırılan investisiyaların həcmi (5,884 mln. manat) dəyişməz olaraq qalıb. M.Turabovun sözlərinə görə, lizinq portfelində 82,6% istehsalat avadanlıqlarının, 13,8% tikinti texnikası, 2,3% nəqliyyat sektorunun, 1,2% isə digər sektorların payına düşüb.

Xatırladaq ki, «Nikoil Leasing» şirkəti Azərbaycanda 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Şirkət lizinq maliyyələşdirilməsini 1-5 il müddətinə, illik 18-30% dərəcəsi ilə aparır və yalnız korporativ müştərilərlə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR