Bank Of Baku

Yaxın günlərdə Azərbaycan Kredit İttifaqları Assosiasiyasına daha üç kredit ittifaqı üzv olacaq

Yaxın günlərdə Azərbaycan Kredit İttifaqları Assosiasiyasına daha üç kredit ittifaqı üzv olacaq
# 06 iyul 2010 07:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Yaxın günlərdə Azərbaycabn Kredit İttifaqları Assosiasiyasına (AKİA) daha üç kredit ittifaqı - «Ziya» (Gəncə), «Proqress» (Bərdə) və «Fermer» (Qusar) kredit ittifaqları üzv olacaq.

Bu barədə «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov məlumat verib.

E.Bağırovun sözlərinə görə, yaxın günlərdə Azərbaycan Mərkəzi Bankı tərəfindən hər üç ittifaqa fəaliyyətləri ilə bağlı lisenziya veriləcək. Bundan sonra adları çəkilən ittifaqlar AKİA-ya üzv olacaq. O, kredit ittifaqları üçün üzvlük haqqı məsələsinə də toxunub. Sədr yaxın bir il ərzində üzvlük haqqı məbləğinin dəyişməz olaraq qalacağını qeyd edib.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 79 kredit ittifaqından 47-si qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR